Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov dekabrın 10-da Türkiyənin Ankara şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, komitə sədri Ankarada Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edəcək.
Səfər dekabrın 14-də başa çatacaq.