“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilib.
Teleqraf.com xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklərə əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2024-cü ilin sonuna qədər davam edəcək.
Qeyd edək ki, buna qədər qanun sahibkarlıq sahəsində yoxlamaların 2023-cü ilə qədər dayandırılmasını nəzərdə tuturdu.