19 Fevral 2023 12:25
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 3 nəfərin meyitini çıxarıblar.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bununla da meyiti çıxarılan insanların sayı 774-ə çatıb.

Qeyd edək ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər