2 Mart 2023 17:21
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.

Eyni zamanda, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər