3 Mart 2023 20:43
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi şəxslər tanınmış din xadimi Hacı Şahin Həsənlinin yas mərasimi və digər məsələlərlə bağlı yardım kampaniyası başladıblar.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə müxtəlif adlar altında aparılan bu cür kampaniyalar çərçivəsində bank hesabları paylaşılır və insanlardan yardımlar umulur.

Bununla bağlı mərhum din xadiminin sosial şəbəkə hesablarında vətəndaşlar diqqətli olmağa çağırılır.

"Hacı Şahinin dəfni və digər məsələlərə yardımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Diqqətli olmağınızı xahiş edirik", deyə Hacı Şahin Həsənlinin adına olan feysbuk səhifəsində bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər