6 Mart 2023 20:22
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti paytaxtın Binəqədi rayonunda ağacların kəsilib yerində obyekt tikiləcəyi iddiasına münasibət bildirib.

Xidmətdən Teleqraf.com-a bildirilib ki, S.S.Axundov küçəsi 3a ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ərazidəki ağacların torpaq mülkiyyətçisi Ulduz Quliyeva tərəfindən qanunsuz kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır” – açıqlamada bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər