Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ölümündən 40 gün ötür.
Teleqraf.com xəbər verir ki, O.Əsgərovun 40 mərasimi Gəncədə keçirilir.
Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı Vasif Tağıyev və Mahir İmanov xəsarət alıb.