Şəhid Elmar Şirinovun anası Amana Nəsirovanın çəkiliş adı ilə dələduzluğa məruz qaldığı iddia edilir.
Teleqraf.com xəbər verir ki, bununla bağlı məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu yayıb.
O bildirib ki, bir nəfər şəxs televiziya işçisi olduğunu, Elmar haqqında sujet hazırlayacağını bildirərək şəhid anasından 200 manat alıb:
“Ana deyir ki, bu adam şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir. Adının Bəxtiyar olduğunu deyib, özünü qaçqın kimi tanıdıb”.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elmar Cəbrayıl oğlu Şirinov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları, eyni zamanda "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.