14 Aprel 2023 05:30
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, vəhşiliyin son həddidir. Beynəlxalq təşkilatlara müraciətimiz odur ki, yaxın zamanda əsirlərimiz geri qaytarılsın.

Teleqraf.com xəbər verir ki, bu sözləri "BakuTV”yə Ermənistanda əsir götürülən əsgər Aqşin Bəbirovun atası Qabil Bəbirov deyib.

O, sosial şəbəkələrdə yayımlanan Hüseyn Axundovun ermənilər tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı görüntülərə baxdıqda özünü çox pis hiss etdiyini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun iki hərbçisi - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Əsir götürülən hərbçilərimizə qarşı işgəncə verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər