8 May 2023 09:05
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bu gündən 50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metro stansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gediş haqqı nağdsız qaydada ödənilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Teleqraf.com-a verilən məlumata görə, bununla da sözügedən marşrutdan gündəlik istifadə edən 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin edilib.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər