12 May 2023 16:31
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul şəhərində “TEXNOFEST” festivalı çərçivəsində təşkil edilən Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin, Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent), həmçinin Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) təşkilatçılığı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Türk Texnologiyalar Komandasının dəstəyi ilə keçirilən “ISIF’23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə iştirak edən FHN-in Maddi-Texniki Təchizat İdarəsinin əməkdaşı Babayev Ramin Yadigar oğlu yeni ixtirasına görə gümüş medal qazanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin sərgiyə göndərdiyi ixtiralar içərisində R.Babayevin sərgi müddətində keçirilən Beynəlxalq İxtiralar Müsabiqəsinə təqdim etdiyi idman trenajoru faydalı model idman avadanlığı olaraq böyük marağa səbəb olub və münsiflər heyəti tərəfindən gümüş medala layiq görülüb.

Qeyd edək ki, dünyanın ən böyük texnoloji yarışı olan “TEXNOFEST” festivalı çərçivəsində təşkil edilən “ISIF”23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə 31 ölkədən 286 yerli və 138 xarici olmaqla ümumilikdə 424 ixtira nümayiş olunub. Sərgidə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Çin, İndoneziya, Kanada və Şimali Makedoniya kimi ölkələrin dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər