6 İyun 2023 11:41
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət büdcəsinin xərclərinin 10 % artırılması nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, bununla yanaşı dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərcləri də optimallaşdırılacaq və əlavə maliyyə təminatı yaradılacaq: “Cari ilin ilk 5 ayında Dövlət Neft Fondundan transferti nəzərə almasaq, dövlət büdcəsinin əlavə gəlirləri 2,6 milyard manat təşkil edib. Dövlət büdcəsinin artırılan əsas xərcləri Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək.

Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması bizim yeni missiyamızdır. Prezident İlham Əliyev bu missiyanın həyata keçməsi üçün Azərbaycan xalqını səfərbər edib. Bu missiya Böyük Qayıdış proqramının icra olunmasından ibarətdir. Bunun nəticəsində bu ərazilər də Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunacaq. Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulur, bu layihələrin bir qismi artıq başa çatdırılaraq istifadəyə verilib. 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsait bu ərazilərin bərpası üçün təsdiq olunmuşdu. Bu vəsaitin artıq 60 %-i istifadə olunub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər