Milli Məclisin sabiq Aparat rəhbəri Səfa Mirzəyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bu barədə Teleqraf.com-a Şuradan məlumat verilib.
Bildirilib ki, bu gün qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Xatırladaq ki, Milli Məclisin sabiq Aparat rəhbəri S.Mirzəyev ötən ilin mayında təqaüdə göndərilib.