Təəssüfki qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev deyib.
"May ayının 26-da iki erməni hərbiçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşsıının alınması, digər tərəfdən iyunun 15-də yenə də Azərbaycan sərhəd xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmamızı zəruri edir", - deyə Baş Prokuror bildirib.