2 İyul 2023 08:00
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili kişilərin pensiya yaşının 5 il azaldılmasını, qadınların pensiya yaşına bərabərləşdirilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, hazırda Gürcüstanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 60-dır.

Xabeişvili qeyd edib ki, Gürcüstanın müxtəlif regionlarının sakinləri kişilər üçün pensiya yaşının azaldılması ilə bağlı müraciət ediblər.

O, həmçinin vurğulayıb ki, Gürcüstanda orta ömür uzunluğu 72 ildir ki, bu da bəzi Avropa ölkələrindən 10 il azdır. O, həmçinin Gürcüstanda kişilərin orta hesabla 67 il yaşamasından narahatlığını ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər