Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib.
Teleqraf.com xəbər verir ki, yürüş iştirakçıları Xınalıq kəndindən hərəkətə başlayıblar.
Onlar Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən sərt və mürəkkəb relyefə malik “Heydər zirvəsi”nə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünü əks etdirən xatirə lövhəsi zirvəyə yerləşdirilib və Azərbaycanın Dövlət Bayrağı ilə bərabər FHN-in rəmzi olan bayraq da zirvədə dalğalandırılıb.