30 Avqust 2023 10:32
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Teleqraf.com xəbər verir ki, onun icraatında olan son işlər yekunlaşıb və hakimlik səlahiyyətləri başa çatıb.

Qeyd edək ki, İradə Həsənzadə 1980-1982-ci illərdə Ədliyyə Nazirliyi yanında Notariat və VVA İdarəsində məsləhətçi, 1982-1987-ci illərdə Ədliyyə Nazirliyi Hüquq təbliğatı və vətəndaşların hüquqi tərbiyəsi şöbəsinin məsləhətçisi, 1987-1989-cu illərdə Ədliyyə Nazirliyində Ali Məhkəmə və Prokurorluğun Sosialist qanunçuluğu bülleteninin böyük redaktoru, 1989-1994-cü illərdə Ədliyyə Nazirliyi MOİ-də böyük məsləhətçi, 1994-1995-ci illərdə Prezidenti Aparatı Dövlət hüquq şöbəsinin böyük məsləhətçisi, 1995-2000-ci illərdə Prezidentinin İcra Aparatı Bağışlama məsələləri sektorunun müdiri, Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun müdiri, 2000-2007-ci illərdə Xətai rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub.

İradə Həsənzadə 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər