12 Sentyabr 2023 14:37
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə BMT-nin Məskunlaşma Proqramı ilə birgə sentyabrın 29-dan başlayaraq bir sıra nüfuzlu tədbirlərdən ibarət “Şəhərsalma Həftəsi” təşkil edəcək".

Bunu Teleqraf.com-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.

Qurum rəsmisinin sözlərinə görə, sentyabrın 29-u və oktyabrın 1-i Zəngilan və Bakı şəhərlərində keçiriləcək “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusu ilə II Azərbaycan Milli Şəhərsalma Forumu həm Azərbaycandan, həm də bir çox xarici ölkələrdən müxtəlif dövlət rəsmilərini, habelə mütəxəssisləri və ekspertləri bir araya gətirəcək.

“Oktyabrın 2-də paytaxt Bakı şəhəri ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri bir araya gələrək "Dayanıqlı Şəhər İqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

“Şəhərsalma Həftəsi” çərçivəsində qeyd olunan və əlavə təşkil ediləcək tədbirlər zamanı onlarla ölkə rəsmiləri və mütəxəssisləri, yerli və beynəlxalq təşkilatlarının nümayəndələri üçün geniş təcrübə mübadiləsi aparmaq imkanı yaradılacaq”- deyə, Ramiz İdrisoğlu qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər