4 Oktyabr 2023 08:11
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Türkiyənin ictimai diplomatiyası” adlı konfransda Azərbaycan və Türkiyə diplomatlarına hücum edən ermənilər həbs olunacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Los-Anceles Polis Departamentinin Ağır Cinayətlər Şöbəsinin baş müfəttişi bildirib.

“Son dərəcə narahatlıq doğuran hadisənin araşdırılmasında əsas məqsədimiz cinayəti törədən şübhəlini tapmaq, həbs etməkdir. Baş verən hadisələri çox ciddi qəbul edirik. Ona görə də bu məsələni yaxından araşdıracağıq”, - deyə müfəttiş deyib.

Qeyd edək ki, sentyabrın 29-da ABŞ-ın Los-Anceles şəhərində erməni radikal qruplaşmaları Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan "Türkiyənin ictimai diplomatiyası" mövzusunda konfrans iştirakçılarına hücum ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər