9 Oktyabr 2023 16:12
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunun Züvüç kənd sakinləri bu aydan etibarən odunun yox, artıq təbii qazın istisinə isinəcəklər.

Teleqraf.com xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin planına uyğun olaraq Züvüç kəndində işlərə yekun vurulub.

Birlik hər zaman olduğu kimi öz ənənəsinə sadiq qalaraq, şəhid ailələri və qaziləri daim diqqət mərkəzində saxlayıb.

Təbii qazla yeni təmin olunan Züvüç kəndində şəhid ailələrinin yaşadığı fərdi yaşayış evləri SOCAR “Azəriqaz” İB-nin vəsaiti hesabına qazlaşdırılıb. Mavi yanacağın verilməsi ilə əlaqədar əvvəlcə I Qarabağ müharibəsi şəhidi Lətif Ağayevin ailəsi ilə görüş baş tutub.

Daha sonra 44 günlük Vətən müharibəsi şəhidi Şahin Tahirlinin ailəsi ziyarət olunub. Təbii qazın verilişi təmin edildikdən sonra şəhidlərin əziz xatirəsi yad edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər