10 Oktyabr 2023 16:48
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Məqsəd magistral yolda pik saatlarda sıxlıq zamanı vətəndaşların rahat mənzil başına çatmasını təmin etməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkət etməsinə hesablansa da, bəzi sürücülər buna problem yaradırlar.

Belə ki, avtobuslar üçün çəkilmiş zolağa daxil olan sürücülər ictimai nəqliyyatın hərəkətinə maneə yaradır və avtobusların da tıxacda qalmasına səbəb olurlar. Lakin avtobus zolağına daxil olan sürücülər inzibati xəta törətmələrindən xəbərsizdirlər.

Avtobus zolağına daxil olaraq qanunun tələbini pozan sürücülər yol hərəkəti qaydalarını pozmuş olurlar. Qaydaları pozan sürücüləri 40 manat cərimə gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər