24 Oktyabr 2023 12:19
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məsələsini son oxunuşda təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu məsələ parlamentin bugünkü plenar iclasında “Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib.
Belə ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər