30 Noyabr 2023 17:46
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mədəni sərvətlərin təxliyə edilməsi və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, seminar-müşavirədə Nazirliyin aidiyyəti yerli qurumlarının, Göygöl Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak edib.

Seminar-müşavirəni giriş sözü ilə açan FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.

Müşavirədə çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb və müvafiq təkliflər veriblər.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər