Dekabr ayının 14-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində bağlamalarda ümumi çəkisi 11 kiloqram 970 qram narkotik vasitə marixuana, bir ədəd “Glock” markalı tapança, bir ədəd daraq və on iki ədəd patron aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.