16 Yanvar 17:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin 2040-cı ilə qədər inkişafının Baş Planının təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Milli Məclisin deputatları, şəhərsalma və memarlıq sahələri üzrə mütəxəssislər, tanınmış ictimai xadimlər, QHT təmsilçiləri, paytaxt qəsəbələrinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Bakı şəhərinin Baş Planı ilə bağlı məlumat xarakterli videoçarx nümayiş etdirilib, Baş Planın üstünlüklərini və əsas məqamlarını açıqlayan geniş təqdimat olub.

Bildirilib ki, bir qrup yerli və xarici mütəxəssis tərəfindən hazırlanmış Baş Plan Bakı şəhərinin gələcək inkişafı üçün çox mühüm sənəddir. Sənəddə 2040-cı ilə qədər Bakıda həyata keçiriləcək genişmiqyaslı işlər, şəhərin inkişaf perspektivləri, yeni infrastrukturun yaradılması və s. öz əksini tapıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər