Azərbaycan Hava Yolları QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrıldı.
Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
A.Süleymanova bildirib ki, işdən çıxmağına səbəb başqa iş təklifi almasıdır.
Qeyd edək ki, o, 2023-cü ilin sentyabrında bu vəzifəyə təyin edilmişdi.