14 Fevral 14:10
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 15-dən ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bakıda və Abşeron yarımadasında fevralın 15-i günün ikinci yarısından 17-si gündüzədək havanın arabir küləkli olacağı, şimal-qərb küləyinin 15-20 m/s, 15-i axşam və 16-sı gecə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Fevralın 16-17-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 16-sı səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, 17-də isə ayrı-ayrı yerlərdə qısamüddətli sulu qar və qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 18-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 15-də gündüz əksər rayonlarda yağıntıda qısamüddətli fasilə olacaq.

Şərq küləyi fevralın 16-17-də arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər