20 Fevral 18:59
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan Universitetinin yaradılması çox böyük hadisədir. Bir müddət bundan əvvəl belə bir universitetin yaradılması barədə qərar qəbul edilmişdi. Bu, uzun müddət idi ki, gözlənilirdi. Nəhayət, Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı bu barədə anlaşma imzalandı.

Bunu Teleqraf.com-a açıqlamasında ilahiyyatçı alim, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Türkiyədə təhsil kifayət qədər inkişaf edib:

"Düşünürəm ki, bu yeni addım da təhsilimizin keyfiyyətinin artmasına, eyni zamanda, iki ölkə arasında əlaqələrin daha da güclənməsinə ciddi və müsbət töhfəsini verəcək. Təbii ki, hədəflədiyimiz məqsədlərə də nail olacağıq. Növbəti müddətdə də bu prosesin başlanıldığını görəcəyik və nəticələr də ürəyçan olacaq. Türkiyə-Azərbaycan, həmçinin Qarabağ Universitetinin yaradılması, bizim son illər təhsil sahəsində ən böyük uğurlarımızdan biridir. Hər ikisi təhsillə sahəsi ilə bağlı məsələ olmaqla yanaşı, önəmli hadisə və siyasi məsələdir. Qarabağ həqiqətlərinin təbliği, dünyaya tanıdılması, eyni zamanda, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının gücləndirilməsi baxımından xüsusi önəm və əhəmiyyət daşıyır. Əlbəttə ki, bu iki qərar təhsilimizin inkişafına və daha da irəli getməsinə birmənalı olaraq töhfəsini verəcək".

Ceyhun Məmmədov bildirib ki, zaman-zaman hansı ixtisasların olması məsələsini də müzakirə etmişik:

“Türkiyə-Azərbaycan Universitetində bütün ixtisaslar üzrə təhsil verilməlidir. Bunun üçündə real addımlar atmalıyıq. Humanitarla yanaşı, texniki elmlərə də yer verməliyik. Çünki bu gün texniki elmlər çox geniş formada izlənilir və xüsusi önəm daşıyır. Eyni zamanda çox çalışmalıyıq ki, tədqiqat yönümlü universitet kimi formalaşsın və fəaliyyət göstərsin. Bizim üçün ən önəmli məsələlərdən biri də budur".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər