Bu gün Energetika Nazirliyinin təşəbbüsü və BƏƏ-nin "Masdar" şirkətinin dəstəyi ilə Energetika Nazirliyi yanında İctimai Şuranın nümayəndələri Qaradağ günəş elektrik stansiyasının (GES) işi ilə tanış olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
"Şuranın üzvləri 2023-cü ildə istismara verilən və elektrik enerjisi istehsal edən bu müasir müəssisənin fəaliyyəti ilə tanış olubş Tikinti, istismar və şəbəkəyə inteqrasiya prosesi, "yaşıl" enerji istehsalının göstəricilərinə dair məlumat, eləcə də, texniki, iqtisadi, ekoloji və sosial aspektlər təqdim olunub", - deyə məlumatda qeyd olunub.
Tədbirdə İctimai şuranın sədri Şaban Nəsirov, müavini Mehriban Abdullayeva, katibi Samir Həsənov, üzvləri Sadiq Həsənov, Ramil Əliyev, Rəşad Mehdiyev və Energetika Nazirliyinin sektor müdiri Cahid Mikayılov iştirak ediblər.
Qeyd edək ki, "Masdar" Azərbaycanda ilk ən böyük bərpa olunan enerji mənbəyi (BEM) olan bu obyektin baş podratçısı olmaqla onu idarə edir