15 İyun 19:19
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərişıq” ASC Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, “Azərişıq” ASC Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib. Cəmiyyət bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri 24 saat fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

Həmçinin, abonentlər bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan, azərişıq.az saytında müvafiq bölməyə daxil olmaqla ödəyə bilərlər. “Smart” sayğacdan istifadə edən istehlakçılara tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar. İstehlakçı məmnuniyyəti əsas hədəfimizdir. Bir daha xalqımızı Qurban bayramı münasibəti ilə təbrik edirik!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər