25 İyun 14:19
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi beynəlxalq səviyyədə qəbul olunan ISO 9001:2015, ISO 14001:2015 və ISO 9978:2020 sertifikatlarına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Bu baxımdan, Agentlik fəaliyyətinin qiymətləndirilməsi üçün “TÜV Austria” beynəlxalq şirkətinə müraciət edib və şirkət tərəfindən keçirilən auditin nəticəsi olaraq fəaliyyəti yüksək qiymətləndirilərək ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001:2015 “Ətraf Mühitin İdarəetmə Sistemi” və ISO 9978:2020 “Radiasiya təhlükəsizliyi. Qapalı mənbələr. Sızıntıların sınaq üsulları” üzrə beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması və davamlı olaraq təkmilləşdirilməsi sertifikatlarına layiq görülüb.

Sözügedən standartların əldə olunmasına dair sertifikatlar “TÜV Austria Azərbaycan” MMC-nin direktoru Ülkər Quliyeva tərəfindən Agentliyin rəhbərliyinə təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər