10 İyul 15:18
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə 12 iyul 2024-cü il tarixində saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.

Bu barədə Teleqraf.com-a Dövlət Ekoloji Ekspertiza Agentliyindən məlumat verilib.

Aidiyyəti dövlət qurumlarının, tikinti şirkətlərinin, ekspertlərin, layihə icraçılarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair müzakirələr aparılacaq, hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün ictimai dinləmə iştirakçılarının fikirləri öyrəniləcək.

İctimai dinləmədə iştirak etmək istəyənlər 12 iyul 2024-cü il tarixində saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyinə (ünvan: Heydər Əliyev prospekti 10) dəvət olunurlar.

Əlaqələndirici şəxs: Elnur Ağayev, informasiya təminatı üzrə aparıcı mütəxəssis tel: 055-900-55-56, e-poçt: [email protected]


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər