31 İyul 15:03
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir nəfər olub, gəlib məscidə məni axtarıb, istəyib ki, xətər yetirsin, qəsd etsin. Ancaq əli mənə çatmayıb, məscidin xidmətçilərindən birinə xətər yetirib. Hansısa dini dözümsüzlükdəndi, nədəndi, səbəbini bilmirəm.

Bu sözləri Teleqraf.com-a Məşədi Dadaş Məscidinin imamı Əli Şərbətov ona edilən sui-qəsd cəhdi ilə bağlı danışarkən deyib.

Əli Şərbətov ona qəsdə cəhd edən şəxsi tanımadığını söyləyib: "Məhkəmə istinaqında hər şey aydınlaşacaq. Həmin şəxsi heç vaxt tanımamışam. Şübhələndiyim də kimsə olmayıb. Heç kimlə ədavətim, düşmənçiliyim yoxdur. Mən sadə din xadimiyəm. İnsanlar fərqli dünyagörüşlərə malikdirlər. Şükür, məcsiddə sakitlikdir. Vaxtı-vaxtında dini ayinlər icra olunur, sabitlikdir”.

Qeyd edək ki, 30 dekabr 2023-cü il tarixdə Məşədi Dadaş məscidinin imamı Əli Şərbətova sui-qəsdə cəhd edilib. Həmin tarixdə Elşən Hüseynov adlı şəxs məsciddə Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənliyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqavimət göstərməsi səbəbindən Əli Şərbətovun xidməti otağına girə və sui-qəsd istəyini reallaşdıra bilməyib.

Hüseynov Elşən Fəxrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər