Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin sayı artıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmov sözügedən məhkəməyə ezam göndərilib.
Bakı Ağır Cinayətlər məhkəməsində iki hakim yaxında təqaüdə göndəriləcək. Onlardan biri də Əhməd Quliyevdir. Ezam hakim hazırda onun olduğu tərkibə daxil edilib.
Binəqədidə mebel sexində baş verən yanğına görə ittiham olunan Tağı İbrahimov və Toğrul Rzayevin işini Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.