Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsinə başlanılır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, görmə qabiliyyətində müəyyən problemlər olan seçicilər üçün Brayl əlifbası ilə trafaret çap edilib, bütün seçki dairələrinə göndərilib: "125 trafaret hazırlanıb və istisnasız bütün seçki məntəqələrinə çatdırılacaq".