14 Sentyabr 12:21
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-avqust aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrünə nisbətən 5,2 % artıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı metropolitenindən istifadə edənlərin sayı 145,6 milyon nəfər olub.

Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.

Bakı metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər