00:48
266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçib.

Teleqraf.com xatırladır ki, 2015-ci il dekabr ayının 4-də "Günəşli" neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. 2020-ci ilin may ayında daha üç neftçinin cəsədi dənizdən tapılıb.

Qeyd edək ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.

Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

SOCAR-ın rəsmi açıqlamasında bildirilmişdi ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa ucbatından zədələnib və nəticədə yanğın baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər