30 Dekabr 2024 22:18
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təyyarə qəzası zamanı xəsarət alan və Qazaxıstanın Aktau şəhərində müalicə olunan daha üç yaralı Bakıya gətirilib. Onlar "Yeni klinika"ya yerləşdiriliblər.

Teleqraf.com xəbər verir ki, bunları Azərbaycanın səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən deyib.

Nazir bildirib ki, xəsarət alanlar reanimasiya şöbəsindədir: "Vəziyyətləri orta sabitdir"

T. Musayev bildirib ki, xəsarət alanlardan doqquzu artıq evə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər