"Yeni Klinika-da müalicə alan doqquz yaralı evə buraxılıb. Onların müalicəsi ev şəraitində davam edəcək".
Teleqraf.com xəbər verir ki, bunları TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, evə buraxılanların durumu yaxşıdır: "Bu gün Qazaxıstandan gətirilən üç yaralının durumu isə sabitdir".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.