Çin COVID-19-a aid bütün məlumatları paylaşmamaqda günahkardır. Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) Çinin Uhan şəhərində başlayan və pandemiyaya çevrilən koranavirusun mənşəyini öyrənmək üçün ətraflı məlumat paylaşmasını istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə ÜST-nin bəyanatında qeyd olunur:
“Biz Çini COVID-19-un mənşəyini anlamaq üçün məlumat və girişi təmin etməyə çağırmağa davam edirik. Bu, mənəvi və elmi tələbdir. Şəffaflıq və əməkdaşlıq olmadan dünya gələcək epidemiyaların və pandemiyaların qarşısını adekvat şəkildə ala, onlara hazırlaşa bilməz”.
Çin Xarici İşlər Nazirliyi ÜST-nin müraciətinə cavab verib. Bildirilib ki, koranavirusun mənşəyini araşdırarkən Çin həmişə şəffaflığa diqqət edib: “Qlobal elmi axtarışları fəal şəkildə dəstəkləyib, bütün siyasi manipulyasiyalara qətiyyətlə qarşı çıxdıq. Bütün tədqiqat nəticələrini paylaşılıb. Çin COVID-19-un mənşəyinin araşdırılmasına ən böyük töhfə verib”.