"Bu ilin hədəfi pulsuz parklanmaların sayının artırılmasıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu gün keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, Bakı şəhərində təxminən, 2324 parklanma məntəqəsi üzrə 20755 parklanma yeri təşkil olunub: “Ötən dövr ərzində verilən fərdi talonların sayı 19242 ədəd təşkil edilib”.