9 Yanvar 22:21
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlər məhdudlaşdırılarsa, Ermənistanda enerji və ərzaq məhsulları bahalaşacaq, üstəlik, Ermənistan mallarının ixracı 70-80% azalacaq".

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın "Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında" qanun layihəsini şərh edərkən deyib.

A.Overçukun sözlərinə görə, Rusiya Federasiyası Ermənistanda Aİ-yə qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir.

"Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri artacaq, digər tərəfdən isə Ermənistan mallarının ixracı 70-80% azalacaq. Sakinlər gəlirlərini, iş yerlərini itirəcəklər və bunun müqabilində çox güman ki, vizasız rejim alacaqlar, Ermənistan isə əhalisini itirəcək. Bu, İrəvanın suveren seçimidir”, - Overçuk qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər