2024-cü ildə Bakı şəhəri üzrə daşınan 476 milyon sərnişin üzrə ödənişlərin 77,5% nağdsız qaydada aparılıb, 2023-cü illə müqayisədə nağdsız ödənişlərdə 17% artım müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu gün keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) idarə heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, 79 ədəd yeni avtobus dayanacağı quraşdırılıb: “150 dayanacaq məntəqəsində sərnişinlərin məlumatlandırılması məqsədiylə məlumat lövhələri yerləşdirilib”.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, ötən il ərzində Bakıda sərnişindaşımada ciddi işlər görülüb: "İctimai nəqliyyatda daşınan sərnişinlərin sayının artdığını deyə bilərik. Son 20 il ərzində genişmiqyaslı işlər görülüb. Bir sıra sahələrdə rekord sayılan göstəriciləri qeyd edə bilərik", - nazir müavini belə söyləyib.