10:55
283
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda tramvay xəttinin çəkilməsi üçün zonalar müəyyənləşib. Ən uyğun təkliflər üzərində iş aparılır”.

Teleqraf.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu istiqamətdə işlər gedir: “Tramvay xəttinin çəkilməsi baş planda da var. Bizim metro və ya dəmir yolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu, Binəqədidən keçməklə “28 May” istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri, son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən “Seebreze” zonasıdır. Hansı ki, əsasən bu bölgədə yenidən salınan bir bölgə kimi tramvay xəttinin inşası effektiv ola bilər. Bu istiqamətlərdə də araşdırmalarımız davam edir. Məqsəd yalnız hansısa nəqliyyat növünün inşası yox, mövcud resurslarımızın ən effektiv istifadəsinə yönəlməkdir”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər