9 Yanvar 16:12
2 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya arasında danışıqlar 2025-ci ilin birinci yarısında baş tuta bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN Ukrayna və ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

ABŞ rəsmiləri bu il müharibəyə son qoymaq üçün mümkün danışıqlar ərəfəsində Ukraynaya maksimum təsir rıçaqları verməyə çalışdıqlarını deyirlər. Gözlənti var idi ki, Ağ Ev yeni seçilmiş Prezident Donald Trampın qarşıdan gələn inauqurasiyasından əvvəl Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər.

“Həm ABŞ, həm də Ukrayna administrasiyası Moskva ilə danışıqların 2025-ci ilin birinci yarısında baş tuta biləcəyini düşünür”, - CNN-nin mənbələri deyiblər.

ABŞ-nin yeni prezidentinin Ukrayna və Rusiya üzrə sözçüsü Keyt Kelloq bundan əvvəl “Fox News”a bildirmişdi ki, o, Trampın vəzifəyə başlamasından sonra 100 gün ərzində müharibəyə son qoymaq üçün həll yolu tapacağına ümid edir.

Xatırladaq ki, Donald Tramp vəzifəsinin icrasına andiçmə mərasiminin keçiriləcəyi yanvarın 20-dən başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər