14:27
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 7-dən etibarən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Los-Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizin bu şəhərdəki baş konsulluğu tərəfindən müvafiq iş aparılır.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

XİN-in sözçüsü baş konsulluğumuza məxsus sosial media hesablarında (https://x.com/azconsulatela/status/1876908935355007248?s=46, https://www.facebook.com/azconsulatela) xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirildiyini söyləyib.

“Vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).

Əlavə olaraq, baş konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qaydada konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır”, - deyə Ayxan Hacızadə qeyd edib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər