13:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aksa Doğalgaz"ın "SOCAR Türkiye"nin tərkibində fəaliyyət göstərən təbii qaz paylama şirkətləri "Bursagaz" və "Kayserigaz"ı satın alması ilə bağlı rəsmi prosedur tamamlanıb. Transfer başa çatdıqdan sonra hər iki şirkət "Aksa Doğalgaz"ın çətiri altında fəaliyyətini davam etdirəcək.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2019-cu ildən "SOCAR Türkiye"nin tərkibində fəaliyyət göstərən "Bursagaz" və "Kayserigaz" təxminən 2 milyon abonentə təbii qaz paylayır.

1,2 milyon abonentə malik "Bursagaz" təbii qazın istehlakçıya satış həcminə görə Türkiyənin 4-cü ən böyük şirkətdir. Bursanın 11 rayonunda SOCAR-ın qaz şəbəkəsi 7561 km-ə çatır. Kayseridə "Kayserigaz" 700 min abunəçiyə xidmət göstərir və 6675 km şəbəkəyə malikdir.

"Bursagaz"ın keçmiş səhmdarları "SOCAR Türkiye" (80% səhm) və "Chalik Holding"dir (20%).

Digər qazpaylayıcı "Kayserigaz" 2003-cü ildə fəaliyyətə başlayıb. Şirkətin səhmdarları bunlardır: "SOCAR Türkiye" (80% səhm), "Chalik Holding" (10%) və Kayseri bələdiyyəsi (10%).

"SOCAR Türkiye" 2019-2023-cü illərdə Kayseri və Bursa şəhərlərinin qazpaylayıcı şəbəkələrinə 170 milyon dollar sərmayə qoyub.

"Aksa Doğalgaz"ın İdarə Heyətinin sədri Yaşar Arslan bildirib ki, abunəçilərə fasiləsiz və təhlükəsiz şəkildə təbii qaz tədarükünü davam etdirəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər