MDB ölkələrinə hava sərnişindaşıma nəqliyyatı xidməti ötən ilin noyabrında oktyabr ayına nisbətən 24,3 faiz ucuzlaşıb.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ancaq digər beynəlxalq reyslər noyabrda 1 ay əvvələ nisbətən 4,9 faiz bahalaşıb.
Ölkədaxili hava sərnişindaşımanın qiyməti isə dəyişməyib.
Ötən ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 3.7 milyon sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələr həyata keçirib.