9 Yanvar 17:53
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ukraynaya hərbi dəstəyi dayandırmaq niyyətində olduğuna inanmıram.

Teleqraf.com xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

İtaliya lideri Qərbin Ukraynaya hərbi dəstəyinin həlledici olduğunu bildirib.

“Düşünürəm ki, Donald Tramp bunu başa düşür. Ukraynaya hərbi dəstəyin sonunu proqnozlaşdırmıram. Onun açıqlamalarında bunu görmürəm. Reallıq təqdim olunduğundan fərqlidir. O, sülhün güc yolu ilə əldə edilməsindən danışır, mən həmişə eşitmişəm ki, Moskvanı danışıqlar masasına oturtmağın yeganə yolu döyüş meydanında onun işini çətinləşdirməkdir", - Meloni vurğulayıb.

Onun fikrincə, Ukrayna üçün təhlükəsizlik təminatları sülhün açarıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər