Ukrayna prezidenti Vladimir Zelenski Qərbin Kiyevə dəstəyi dayandırmaq barədə mümkün qərarını dəlilik adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Milli Müdafiə üzrə Təmas Qrupunun Ramşteyn Hərbi Hava Bazasındakı iclasında danışıb.
“Biz o qədər uzun bir yol qət etmişik ki, təslim olmaq və yaratdığımız müdafiə koalisiyalarını inkişaf etdirməyə davam etməmək tamamilə dəlilik olardı”, - Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, Qərb ölkələri təkcə Ukraynaya kömək etmir, həm də ölkənin ümumi müdafiə qabiliyyətini gücləndirirlər.
Ukrayna lideri həmçinin bəyan edib ki, müttəfiq ölkələr NATO-nun son sammitində Kiyevə verdikləri vədlərin hamısını yerinə yetirməyiblər.